Sosial / Gündəm (Bu gün, 09:51)
Yardımlıda meşə kəsintisi davam edir: İzləri itirmək üçün texnikadan istifadə olunur
11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin 1 saylı meşəbəyliyinin 2 saylı dolayında - Yardımlı rayonunun Ləzir kəndi yaxınlığında meşə massivinin məhv edilməsini sübut edən yeni və eksklüziv görüntülər redaksiyamıza daxil olub.Mediatvaz.com-un məlumatına görə, Ləzir meşələrindən daxil olan ən son kadrlardan görünür ki, dolayın başqa bir kvartalında qanunsuz kəsilmiş ağacların izini itirmək üçün "DT-75" markalı sepli traktordan istifadə olunur. Ağac kəsənlər texnika vasitəsilə iri diametrli kötük yerlərinin üstünü torpaqla örtməyə çalışsalar da, nisbətən kiçik ağacların izlərini gizlədə bilməyiblər. Ərazidə təxminən yüzə yaxın ağacın məhv edildiyi kadrlarla öz təsdiqini tapır. Həmin ağacların bir qisminin fotolarını təqdim edirik.
Xatırladaq ki, bir neçə gün əvvəl — avqustun 7-də mətbuatda Yardımlı meşələrində ağacların kəsilməsi ilə bağlı rəsmi açıqlamalar dərc olunmuşdu. Həmin vaxt Meşələrin İnkişafı Xidmətinin rəisi Ramik Əşrəfov bildirmişdi ki, avqustun 4-də keçirilən nəzarət tədbirləri zamanı həmin dolayda qanunsuz kəsinti faktı aşkar edilərək akt tərtib olunub və toplanmış materiallar Yardımlı Rayon Polis Şöbəsinə göndərilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupu da fakt üzrə prosessual araşdırmanın aparıldığını təsdiqləmişdi.
Bütün bu rəsmi açıqlamalara və polis araşdırmalarına baxmayaraq, əldə etdiyimiz ən son eksklüziv kadrlar Ləzir kəndi yaxınlığında meşə kəsintisinin və izlərin traktorla ört-basdır edilməsi cəhdlərinin hələ də davam etdiyini göstərir.
Qarşı tərəfin də cavab haqqını tanıyırıq.



















Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
10 08 2026
10 08 2026
10 08 2026
10 08 2026
10 08 2026
9 08 2026
9 08 2026
9 08 2026
9 08 2026
8 08 2026
8 08 2026
8 08 2026
8 08 2026
8 08 2026
8 08 2026
8 08 2026
8 08 2026
8 08 2026
8 08 2026
8 08 2026
8 08 2026
8 08 2026
8 08 2026
8 08 2026
8 08 2026
7 08 2026
7 08 2026
7 08 2026
7 08 2026
7 08 2026



















