Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Redaktor seçimi (Bu gün, 09:14)
Biləcəridə təhlükəli tikinti: Dövlət qurumları hara baxır?

 
Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsində –2 saylı Dəmiryol Poliklinikasının qarşısında, "Araz" marketin arxa hissəsində aparılan tikinti işləri ilə bağlı redaksiyamıza ciddi məlumatlar daxil olub.Məlumatlarda bildirilir ki, sözügedən ərazidə aparılan tikinti zamanı şəhərsalma və tikinti normalarına lazımi qaydada əməl olunmur, təhlükəsizlik qaydaları gözlənilmir, tikinti meydançasında mühafizə tədbirləri yetərli deyil və ətraf mühitlə yanaşı, vətəndaşların təhlükəsizliyi üçün də risk yarana bilər.Mediatvaz.com xəbər verir ki,görüntülərdən sonra ortaya bir sıra ciddi suallar çıxır.Bu tikinti üçün müvafiq icazə sənədləri alınıbmı,layihə aidiyyəti dövlət qurumları ilə razılaşdırılıbmı,tikintiyə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Fövqəladə Hallar Nazirliyi və Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən nəzarət həyata keçirilirmi,ərazidə əmək və tikinti təhlükəsizliyi qaydalarına riayət olunması yoxlanılıbmı? Ən vacib suallardan biri isə Binəqədi Rayon İcra Hakimiyyətinə ünvanlanır. Rayon ərazisində aparılan bu tikinti işləri icra hakimiyyətinin diqqətindən necə kənarda qala bilər? Yoxsa məsul qurumlar məlumatlı olsalar da, hər hansı səbəbdən qanunvericiliyin tələblərinin icrasına lazımi nəzarət edilməyib? Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən, tikinti fəaliyyəti qanunvericiliyin müəyyən etdiyi qaydada, müvafiq icazələr və təhlükəsizlik normaları çərçivəsində həyata keçirilməlidir. Həmçinin tikinti meydançalarında insanların həyatı və sağlamlığının qorunması ilə bağlı tələblərə əməl olunması məcburidir.Mediatvaz.com redaksiyası olaraq məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Fövqəladə Hallar Nazirliyinin və Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi mövqeyini öyrənməyə çalışacağıq və məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazır olduğunu bir daha bəyan edirik.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
6 08 2026
6 08 2026
6 08 2026
6 08 2026
6 08 2026
6 08 2026
6 08 2026
5 08 2026
5 08 2026
5 08 2026
5 08 2026
5 08 2026
5 08 2026
5 08 2026
5 08 2026
5 08 2026
5 08 2026
5 08 2026
5 08 2026
5 08 2026
5 08 2026
5 08 2026
5 08 2026
5 08 2026
4 08 2026
4 08 2026
4 08 2026
4 08 2026
4 08 2026
4 08 2026