Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Redaktor seçimi (Bu gün, 21:04)
Bir il keçdi... Nilufər Abdullanın ölümü ilə bağlı suallar niyə hələ də cavabsızdır?


 
2025-ci il avqustun 15-də "Etalon" Hospitalda baş verən və tanınmış psixoloq Nilufər Abdullanın ölümü ilə nəticələnən hadisənin üzərindən bir il keçir. Lakin bu faciə ilə bağlı ən vacib suallar hələ də cavabını tapmayıb.Mərhumun ailəsi bildirir ki, estetik əməliyyatı Səhiyyə Nazirliyinin estetik cərrahiyyə fəaliyyəti üçün sertifikatı ləğv edilmiş həkim Seymur Məmmədov həyata keçirib.Söhbət artıq yalnız tibbi fəsaddan deyil, qüvvədə olan qanunvericiliyin tələblərinin kobud şəkildə pozulmasından gedir.
 Mediatvaz.com xəbər verir ki, "Əhalinin sağlamlığının qorunması haqqında" Qanunun 49 və 49-1-ci maddələri praktik tibb fəaliyyətinin yalnız müvafiq ixtisas və etibarlı sertifikasiya əsasında həyata keçirilməsini tələb edir. Eyni zamanda, İnzibati Xətalar Məcəlləsinin 215-ci maddəsi sertifikatsız və ya ixtisasına uyğun olmayan tibbi fəaliyyətə görə məsuliyyət nəzərdə tutur. Belə fəaliyyət ağır nəticələrə səbəb olduqda isə məsələ artıq Cinayət Məcəlləsi ilə qiymətləndirilməlidir.Mərhumun valideynləri bildirirlər ki, hadisədən bir ilə yaxın vaxt keçməsinə baxmayaraq, onların fikrincə məsuliyyət daşımalı olan şəxs hələ də azadlıqdadır.Bir insan həyatını itirib. Bir ailə övlad dərdi yaşayır.Nilufər Abdullanın üç azyaşlı övladı hələ də analarının geri dönəcəyini gözləyir və onların hər günü bu itkinin ağır nəticələrini xatırladır. Bir ailənin yaşadığı bu acını sözlə ifadə etmək çətindir, lakin hüquqi proseslərin şəffaf, obyektiv və qanun çərçivəsində yekunlaşdırılması həm ailənin ədalət gözləntisi, həm də cəmiyyətin dövlət institutlarına inamı baxımından xüsusi əhəmiyyət daşıyır. Çünki insan həyatı ilə nəticələnən belə hadisələrdə cavabsız qalan suallar zaman keçdikcə daha da ağırlaşır və "ədalət nə vaxt bərpa olunacaq?" sualını gündəmdə saxlayır. Bu suallara cavab vermək artıq aidiyyatı dövlət qurumlarının üzərinə düşür.
Mediatvaz.comшаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
3 08 2026
3 08 2026
3 08 2026
3 08 2026
3 08 2026
3 08 2026
3 08 2026
3 08 2026
3 08 2026
3 08 2026
3 08 2026
3 08 2026
3 08 2026
3 08 2026
3 08 2026
3 08 2026
3 08 2026
3 08 2026
3 08 2026
2 08 2026
2 08 2026
2 08 2026
2 08 2026
2 08 2026
2 08 2026
2 08 2026
2 08 2026
2 08 2026
1 08 2026
1 08 2026