Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (Bu gün, 14:32)
Dövlətə Sədaqət və İdarəçilik Peşəkarlığı: Kərəm Həsənovun Fəaliyyətinə Baxış

 
Bir neçə gün əvvəl Kərəm Həsənovun növbəti doğum günü qeyd olundu. Mən də jurnalist  və həmyerlisi olaraq uzun illər ərzində onun fəaliyyəti ilə bağlı topladığım məlumatları və apardığım araşdırmaları ictimaiyyətlə bölüşməyi özümə mənəvi borc hesab edirəm.
Kərəm Həsənov dövlət idarəçiliyində uzun illər məsul vəzifələrdə çalışmış, həyata keçirilən mütərəqqi islahatlar, idarəetmədə tətbiq olunan innovativ yanaşmalar və dövlət əmlakının idarə olunması sahəsində formalaşdırılan müasir mexanizmlərlə yadda qalmış dövlət xadimlərindən biridir. Bu gün də o, dövlətə və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi dövlətçilik siyasətinə sadiqliyi ilə seçilən dövlət məmurlarından hesab olunur.
Onun həyat yolunda diqqət çəkən məqamlardan biri də ailəsinin Vətən qarşısında göstərdiyi fədakarlıqdır. Qeyd edilməlidir ki, Kərəm Həsənovun qardaşı Əfilağa Həsənov 1992-ci ildə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Bu fakt onun ailəsinin dövlətə və Vətənə bağlılığının bariz nümunəsi kimi qiymətləndirilə bilər.
Kərəm Həsənovun peşəkar fəaliyyətində yüksək təhsil, dərin iqtisadi biliklər və müasir idarəetmə bacarıqları xüsusi yer tutur. Orta məktəbi əla qiymətlərlə başa vurması, Azərbaycan Dövlət İqtisad Universitetini fərqlənmə diplomu ilə bitirməsi, hələ məktəb illərində respublika riyaziyyat olimpiadalarının qalibləri sırasında yer alması sonrakı fəaliyyətində qazandığı uğurların intellektual təməlini təşkil etmişdir.
Dövlət idarəçiliyində peşəkarlıq, strateji düşüncə, yeniliklərə açıq olmaq və milli maraqları hər şeydən üstün tutmaq hər bir rəhbər üçün əsas meyarlardır. Kərəm Həsənovun uzun illər ərzində keçdiyi fəaliyyət yolu da məhz bu prinsiplər üzərində qurulmuşdur. Məhz buna görə də onun fəaliyyəti barədə danışarkən təkcə tutduğu vəzifələri deyil, həm də dövlət idarəçiliyində formalaşdırdığı idarəçilik təcrübəsini, həyata keçirdiyi islahatları və ölkənin inkişafına verdiyi töhfələri qiymətləndirmək daha obyektiv yanaşma hesab edilə bilər.

Onun Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi vəzifəsində işlədiyi dövrə bir baxış..

Müasir dövrdə istənilən ölkədə səmərəli daşınmaz əmlak idarəçiliyi sisteminin formalaşdırılması və vətəndaşlara şəffaf xidmətlərin göstərilməsi üçün ölkə üzrə daşınmaz əmlaklar haqqında vahid və etibarlı informasiya bazasının yaradılması həlledici əhəmiyyət daşıyır. Araşdırmalar göstərir ki, Azərbaycanda bu istiqamətdə həyata keçirilən mühüm institusional islahatlar və əldə olunan nəticələr əsasən Kərəm Həsənovun Əmlak Məsələləri Dövlət Komitəsinə rəhbərlik etdiyi dövrə təsadüf edir. Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin müsbət qiymətləndirilməsində dövlətin bu sahəyə göstərdiyi ardıcıl diqqət və qayğının rolu danılmazdır. Bununla yanaşı, Kərəm Həsənovun Komitəyə rəhbərlik etdiyi illər qurumun tarixində hərtərəfli inkişaf və modernləşmə mərhələsi kimi səciyyələndirilə bilər. Onun rəhbərlik keyfiyyətləri, iqtisadi bilikləri, strateji idarəetmə bacarığı və qəbul etdiyi qərarlar nəticəsində Komitənin institusional potensialı əhəmiyyətli dərəcədə güclənmiş, daşınmaz əmlak idarəçiliyi sahəsində yeni yanaşmalar tətbiq olunmuşdur.Kərəm Həsənovun dövlət idarəçiliyində formalaşmış peşəkar fəaliyyəti də bu inkişafın əsasını təşkil edən amillərdən biri olmuşdur. Belə ki, o, 1992–2000-ci illərdə Azərbaycan Respublikası Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsində mütəxəssis vəzifəsindən şöbə müdiri vəzifəsinə qədər yüksəlmişdir. 2000–2001-ci illərdə Dövlət Əmlakı Nazirliyində departament direktorunun müavini, departament direktoru və nazir müavini vəzifələrində çalışmışdır. 2001–2005-ci illərdə Dövlət Əmlakının idarə olunması və özəlləşdirilməsi departamentinin direktoru, 2005–2009-cu illərdə isə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sədri olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 19 may 2009-cu il tarixli Sərəncamı ilə Əmlak Məsələləri Dövlət Komitəsinin sədri vəzifəsinə təyin edilmişdir.Rəhbərlik etdiyi dövrdə innovativ idarəetmə prinsiplərinin tətbiqi, dəyişən qlobal və regional reallıqlara çevik uyğunlaşma, milli maraqların qorunması və dövlət siyasətinin ardıcıl həyata keçirilməsi Komitənin fəaliyyətində mühüm nəticələrin əldə olunmasına şərait yaratmışdır. Bu xüsusiyyətlər dövlət başçısının ona göstərdiyi etimadın əməli fəaliyyətlə doğruldulmasını təmin etmiş və dövlət qulluğunda məsuliyyətli idarəçilik nümunəsi formalaşdırmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət idarəçiliyində vətəndaş məmnuniyyətinin təmin olunmasına yönəlmiş siyasətinə uyğun olaraq, Komitənin fəaliyyətində vətəndaş müraciətlərinə operativ və həssas münasibət prioritet istiqamətlərdən biri olmuşdur. Bu yanaşma Komitənin bütün struktur bölmələrinin fəaliyyətində də öz əksini tapmışdır. Bu istiqamətdə həyata keçirilən mühüm layihələrdən biri Kərəm Həsənovun təşəbbüsü ilə 2014-cü il aprelin 1-dən fəaliyyətə başlayan "Səyyar ofis" layihəsi olmuşdur. Layihə çərçivəsində vətəndaşlara daşınmaz əmlakın qeydiyyatı üçün sənədlərin qəbulu və yoxlanılması xidmətləri göstərilmiş, eyni zamanda qeydiyyat prosedurları ilə bağlı zəruri hüquqi və praktiki məsləhətlər verilmişdir. Layihənin uğurlu nəticələri BMT-nin Avropa İqtisadi Komissiyası və Dünya Bankı tərəfindən də yüksək qiymətləndirilmişdir. Təsadüfi deyil ki, Kərəm Həsənovun təmsil etdiyi Azərbaycan iki il müddətində BMT Avropa İqtisadi Komissiyasının Daşınmaz Əmlak İdarəçiliyi üzrə İşçi Qrupuna sədrlik etmişdir. Komitənin fəaliyyətində rəqəmsallaşma və informasiya texnologiyalarının tətbiqi xüsusi yer tutmuşdur. 2015-ci ilin sonunadək Bakının müasir tələblərə cavab verən, aktual məlumat bazasını özündə birləşdirən daşınmaz əmlak kadastrı hazırlanmışdır. Bununla yanaşı, respublikanın 2 milyon hektar ərazisini əhatə edən elektron kadastr məlumat bazası yaradılmışdır. Bu layihələr daşınmaz əmlak idarəçiliyində məlumatların operativliyi, dəqiqliyi və əlçatanlığının təmin olunmasına mühüm töhfə vermişdir. Həyata keçirilən islahatların nəticələri beynəlxalq qiymətləndirmələrdə də öz əksini tapmışdır. Belə ki, Kərəm Həsənovun rəhbərliyi dövründə Azərbaycan 189 ölkə arasında əmlak məsələləri sahəsində həyata keçirilən uğurlu siyasətə görə 10-cu yerdə qərarlaşmışdır. İqtisadi göstəricilər də bu dövrdə həyata keçirilən islahatların nəticələrini əks etdirir. Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, ölkədə iqtisadiyyatın bütün sahələri üzrə 196,9 min təsərrüfat subyekti özəlləşdirilmişdirsə, bu göstərici ilbəil 24,5 faiz artaraq 2013-cü ildə 260,6 min təsərrüfat subyektinə çatmışdır. Beynəlxalq təcrübə göstərir ki, kiçik sahibkarlığın yaratdığı məhsulun ümumi daxili məhsulda xüsusi çəkisi nə qədər yüksək olarsa, ölkədə rəqabət mühiti də bir o qədər inkişaf etmiş hesab olunur. Bu baxımdan, 2007-ci ildə kiçik sahibkarların məhsul buraxılışının ÜDM-də xüsusi çəkisi 5,8 faiz təşkil etdiyi halda, 2013-cü ildə həmin göstərici 4,6 faiz artaraq 10,4 faizə yüksəlmişdir. Kiçik sahibkarlığın inkişafı, özəlləşdirmə prosesinin genişlənməsi və sahibkarlıq mühitinin formalaşmasında müxtəlif dövlət institutları ilə yanaşı, Əmlak Məsələləri Dövlət Komitəsinin də müəyyən rolu olmuşdur.2013-cü ildə dövlət əmlakının özəlləşdirilməsindən 35 274 mln manat, 2000-2013-cü illərdə isə 533 641 mln manat, icarə haqqı kimi isə 2013-cü ildə 6532 mln manat, 2000-2013-cü illər ərzində isə 53 026 mln manat vəsait daxil olmuşdur. Bu istiqamətdə statistik göstəricilərin sayı daha genişdir,genişləndirmək olar və onların hər biri aparılan islahatların nəticələrinin qiymətləndirilməsi baxımından əhəmiyyət daşıyır.Qeyd olunan nailiyyətlərin əsasında Kərəm Həsənovun peşəkar hazırlığı və intellektual potensialı dayanır.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
6 08 2026
6 08 2026
6 08 2026
6 08 2026
6 08 2026
6 08 2026
6 08 2026
6 08 2026
6 08 2026
6 08 2026
6 08 2026
6 08 2026
6 08 2026
6 08 2026
6 08 2026
6 08 2026
6 08 2026
6 08 2026
6 08 2026
6 08 2026
6 08 2026
5 08 2026
5 08 2026
5 08 2026
5 08 2026
5 08 2026
5 08 2026
5 08 2026
5 08 2026
5 08 2026