Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (Bu gün, 09:12)
Bu adamın kürəyindəki əl... KİMİNDİR? - İTTİHAM VAR...

 "Bəli, Kəpəz hospitalında - Seymur Məmmədovun əlində növbəti ölüm hadisəsi baş verdi..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında jurnalist Jalə Əsədova qeyd edib.

O daha sonra fikrini belə davam etdirir: "Ona görə baş verdi ki, Səhiyyə Nazirliyinin özünün lisenziyasını ləğv etdiyi "cərrah" bü gün də fəaliyyətini maneəsiz davam etdirir.

Əlinə bir ilin içində iki gənc qadın dünyasını dəyişdi.
Onların körpələri hələ də gözləri qapıda ana gözləyir.
Ana gəlməyəcək...

O anaların ağ xalatlı cəlladı Seymur Məmmədov isə hələ də azadlıqdadır və hələ də reklam vasitəsilə növbəti qurbanlarını dəvət edir.

Aşağıdakı fotolarda aydın görünür bunlar.

Bu gün hansısa təşkilatın korrupsioner əməllərini ifşa edən jurnalistin saytı bağlanır, o da yetmirmiş kimi, jurnalistika fəaliyyətini əlindən almaq üçün məhkəmə iddiası qaldırılır, amma bu qədər cana qıyan ağ xalatlı qatillər hələ azadlıqda qanlı əməllərini davam etdirirlər...

Onu da qeyd edim ki, məndə olan məlumata görə Seymur Məmmədov barəsində ötən il baş vermiş - tanınmış psixoloq Nilufər Abdullanın ölüm işi ilə bağlı Yasamal prokurorluğunda hələ də iş açıqdır. Ötən gün isə Türkiyəli xanımın ölüm hadisəsinə görə Nəsimi Rayon prokurorluğunda cinayət işi başladılıb.

Bütün bunlara rəğmən, adam status yazıb, pasiyent (qurban) dəvət edir

Vay belə dünyanın ədalətinə....

Axı bu adama bu qədər arxayınçılıq verən kürəyindəki əl kimindir?"


шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
9 08 2026
8 08 2026
8 08 2026
8 08 2026
8 08 2026
8 08 2026
8 08 2026
8 08 2026
8 08 2026
8 08 2026
8 08 2026
8 08 2026
8 08 2026
8 08 2026
8 08 2026
8 08 2026
8 08 2026
7 08 2026
7 08 2026
7 08 2026
7 08 2026
7 08 2026
7 08 2026
7 08 2026
7 08 2026
7 08 2026
7 08 2026
7 08 2026
7 08 2026
7 08 2026