Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (Bu gün, 21:04)
“Veteranlara qayğı dövlət siyasətinin əsas istiqamətlərindən biridir” mövzusunda tədbir keçirilib

 7 avqust 2026-cı il tarixində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının “Günəşli” Sağlamlıq Mərkəzində  “Veteranlara qayğı dövlət siyasətinin əsas istiqamətlərindən biridir” mövzusunda tədbir keçirilib. Tədbir Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının birgə təşkilatçılığı ilə baş tutub.
Tədbridə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov, dövlətin veteranlara olan diqqət və qayğısında bəhs edib, bu münasibətin hər kəsə örnək olduğunu bildirib:
“Azərbaycanda dövlət tərəfindən veteranların sosial müdafiəsi və rifahının yaxşılaşdırılması istiqamətində ardıcıl və məqsədyönlü siyasət həyata keçirilir. Prezident İlham Əliyevin bilavasitə nəzarəti altında həyata keçirilən veteranlara dövlət qayğısı siyasəti ilk növbədə onların sosial müdafiəsinin təmin olunmasını əhatə edir. Müvafiq qanunvericiliyə əsasən müharibə veteranları müəyyən sosial müavinətlərdən, güzəştlərdən və dövlət dəstəyi proqramlarından istifadə etmək hüququna malikdirlər”.
 
Polkovnik Cəlil Xəlilov Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının dövlət siyasətinə uyğun olaraq veteranlarla bağlı hər bir məsələyə xüsusi həssaslıqla yanaşdığını, onların müalicəsi və istirahəti üçün bütün imkanlarındna maksimum istifadə etdiyini vurğulayıb:
“Dövlətin veteranlara göstərdiyi qayğının mühüm istiqamətlərindən biri də sanatoriya-kurort müalicəsi ilə təmin olunmalarıdır. Sevindiricidir ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası da veteranlarla bağlı hər bir məsələyə xüsusi həssaslıqla yanaşır, veteranların müalicəsi və istirahəti üçün bütün imkanlarındna maksimum istifadə edir. Hər il Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının “Günəşli” Sağlamlıq Mərkəzi ilə yanaşı, “Buzovna” Fizioterapiya Mərkəzi, “Şıx” sanatoriyası, “Bilgəh” kardioloji və “Abşeron” mədə-bağırsaq təyinatlı sağlamlıq mərkəzində yüzlərlə veteran müalicə alır və istirahət edir ki, bu da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının dövlətimizin veteranlarla bağlı siyasətinə sadiqliyinin göstəricisidir”.
Tədbirdə çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müşaviri Həsən Cəfərov dövlətimizin veteranlara olan qayğısının miqyas və önəmindən danışıb:
“Azərbaycanda veteranların dövlət qayğısı ilə yüksək səviyyədə və hərtərəfli təmin edildiyi məlum həqiqətlərdən biridir. Prezident İlham Əliyevin vətən müdafiəçilərinə diqqətinin nümunəsi olan bu qayğı, veteranlarımızın sağlamlığının qorunmasında mühüm rol oynayır, onlar tərəfindən böyük məmnunluqla qarşılanır.
  Dövlətimizin veteranlara qayğı siyasətinin həyata keçirilməsində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası da üzərinə düşən missiyanı hər zaman layiqincə yerinə yetirməyə çalışıb, bu istiqamətdə ciddi yeniliklərə imza atıb. Əminliklə bildirirəm ki, bundan sonra da bu məsələdə əlimizdən gələni əsirgəməyəcək, veteranlarımızın sağlamlığı və istirahəti üçün bütün imkanlarımızdan maksimum istifadə etməyə çalışacağıq”.
Tədbirdə çıxış edən əmək veteranı Namiq Ağayev, “Günəşli” Sağlamlıq Mərkəzinin direktoru Vüqar Məhərrəmov, “Kurort” QSC-nin direktoru Çingiz Hacıyev də Prezident İlham Əliyevin şəhid ailələri və veteranlara olan qayğısından danışıb, dövlətimizin bu sahədə mühüm layihələr həyata keçirdiyi vurğulayıb.
Tədbirin sonunda Respublika Həmkarlar İttifaqının “Günəşli” Sağlamlıq Mərkəzində müalicə alan bir qrup veterana Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sıralarına qəbulla bağlı üzvlük vəsiqələri təqdim edilib.
Tədbir konsert proqramı ilə davam edib.
Seymur ƏLİYEV
 шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
7 08 2026
7 08 2026
7 08 2026
7 08 2026
7 08 2026
7 08 2026
7 08 2026
7 08 2026
7 08 2026
7 08 2026
7 08 2026
7 08 2026
7 08 2026
7 08 2026
7 08 2026
7 08 2026
7 08 2026
7 08 2026
7 08 2026
7 08 2026
7 08 2026
7 08 2026
7 08 2026
7 08 2026
6 08 2026
6 08 2026
6 08 2026
6 08 2026
6 08 2026
6 08 2026