Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (Bu gün, 11:06)
Naxçıvan-Bakı reyslərində sərnişin narazılığı - Çay və kofe niyə ləğv edilib? - VİDEO

AZAL səni deyirlər:
Naxçıvandan Bakıya uçan sərnişinlər təyyarədə əvvəlki xidmətin dəyişdirilməsindən narazıdırlar.Sərnişinlərin sözlərinə görə, əvvəllər reys zamanı çay, kofe və su təqdim olunurdu, indi isə yalnız su verilir. Naxçıvan-Bakı marşrutu ilə uçan sərnişinlər təyyarədə göstərilən xidmətin əvvəlki qaydadan fərqlənməsindən narazılıq ediblər.
Bizimesr.media xəbər verir ki, sərnişinlərin bildirdiyinə görə, əvvəllər uçuş zamanı onlara çay, kofe və su təklif olunurdu. Sərnişin seçim edərək istədiyi içkini götürə bilirdi.
Hazırda isə xidmətin yalnız su təqdim olunması ilə məhdudlaşdırıldığı bildirilir. Sərnişinlər xüsusilə səhər tezdən həyata keçirilən reyslərdə bu dəyişiklikdən narazıdırlar. Onların sözlərinə görə, səhər saatlarında uçuşa çıxan sərnişinlərə yalnız su təqdim olunması əvvəlki xidmətlə müqayisədə ciddi fərqdir.
Sərnişinlərin narazılığı belə bir sual da doğurur - çay və kofenin təqdim edilməsindən imtina edilməsinin səbəbi nədir?
Əgər əvvəllər bu xidmət göstərilirdisə, hansı səbəbdən dəyişdirilib? Çay və kofenin bir stəkanlıq xərcinin aviaşirkətin ümumi xərclərində nə qədər ciddi fərq yaratdığı da maraq doğurur. Sərnişinlər hesab edirlər ki, xüsusilə səhər tezdən həyata keçirilən reyslərdə çay və kofe kimi sadə xidmətlərin təqdim olunması böyük xərc tələb edən məsələ olmamalıdır.
Bizimesr.media

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
8 08 2026
8 08 2026
8 08 2026
8 08 2026
8 08 2026
8 08 2026
8 08 2026
8 08 2026
8 08 2026
8 08 2026
8 08 2026
8 08 2026
7 08 2026
7 08 2026
7 08 2026
7 08 2026
7 08 2026
7 08 2026
7 08 2026
7 08 2026
7 08 2026
7 08 2026
7 08 2026
7 08 2026
7 08 2026
7 08 2026
7 08 2026
7 08 2026
7 08 2026
7 08 2026