Karusel / Redaktor seçimi (Bu gün, 14:03)
Mühafizə Zolağında Tikinti: Kim Cavab Verəcək?
Biləcəri qəsəbəsi, Vidadi küçəsində aparıldığı bildirilən tikinti işləri ciddi narahatlıq doğurur. Redaksiyamıza daxil olan məlumata görə, sözügedən obyekt yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında inşa edilir. Söhbət adi tikintidən deyil, insanların həyat və sağlamlığını təhlükə altına qoya biləcək ciddi qanun pozuntusundan gedə bilər.Mediatvaz.com redaksiyasının apardığı ilkin araşdırma zamanı məlum olub ki, sözügedən yüksək gərginlikli elektrik xətti "Azərbaycan Dəmir Yolları" QSC-nin balansındadır. Bu isə haqlı olaraq bir sıra suallar yaradır. "Azərbaycan Dəmir Yolları" QSC rəhbərliyi həmin ərazidə aparılan tikintidən xəbərdardırmı? Qurumun bu sahəyə cavabdeh struktur bölmələri mühafizə zolağında aparıldığı iddia edilən işlərlə bağlı niyə indiyədək hər hansı açıqlama verməyib? Təhlükəsizlik normalarına nəzarət edilmirmi, yoxsa edilənlərə bilərəkdən göz yumulur? Digər diqqətçəkən məqam isə aidiyyəti dövlət qurumlarının mövqeyidir. Fövqəladə Hallar Nazirliyi, şəhərsalma və tikinti sahəsində səlahiyyətli qurumlar bu tikinti ilə bağlı hər hansı razılıq veriblərmi? Əgər veriblərsə, bu qərar hansı hüquqi əsaslara söykənir? Yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında tikintiyə icazə verilməsi qanunvericiliyin hansı normasına uyğundur? Əgər heç bir razılıq verilməyibsə, onda daha ciddi sual ortaya çıxır: qanun pozuntusu iddiası ilə bağlı niyə operativ tədbirlər görülmür? Nə üçün təhlükəsizlik riski yarada biləcək tikinti işləri dayandırılmır? Aidiyyatı dövlət qurumlarının nəzarətinin effektivliyi barədə cəmiyyətə kim cavab verəcək? Qanun yalnız sadə vətəndaş üçün işləməməlidir. Əgər mühafizə zonasında qanunsuz tikinti aparıldığı təsdiqlənərsə, buna şərait yaradan, nəzarətsizliyə yol verən və ya vəzifə borcunu lazımi qaydada yerinə yetirməyən hər bir məsul şəxs qanun qarşısında cavab verməlidir.Bu məsələ təkcə bir tikinti ilə bağlı deyil. Bu, dövlət nəzarətinin, ictimai təhlükəsizliyin və qanunun aliliyinin sınağıdır. İctimaiyyət aidiyyəti qurumlardan susqunluq deyil, əsaslandırılmış və şəffaf izahat gözləyir.Redaksiyamız mövzu ilə bağlı "Azərbaycan Dəmir Yolları" QSC-nin, Fövqəladə Hallar Nazirliyinin və digər aidiyyəti qurumların rəsmi mövqeyini dərc etməyə hazırdır.
Mediatvaz.com
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
6 08 2026
6 08 2026
6 08 2026
6 08 2026
6 08 2026
6 08 2026
6 08 2026
6 08 2026
6 08 2026
6 08 2026
6 08 2026
6 08 2026
6 08 2026
6 08 2026
6 08 2026
5 08 2026
5 08 2026
5 08 2026
5 08 2026
5 08 2026
5 08 2026
5 08 2026
5 08 2026
5 08 2026
5 08 2026
5 08 2026
5 08 2026
5 08 2026
5 08 2026
5 08 2026



















