Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (Bu gün, 08:12)
Mədəniyyət Mərkəzində qanunsuz bağça faktı və kitabxanaçıların ixtisarı: Görünməyən təzad

 Son günlər ölkə mediasının və ictimaiyyətinin diqqəti Mədəniyyət Nazirliyinin həyata keçirdiyi kütləvi "kitabxana islahatları"na yönəlib . Nazirliyin atdığı addımlar bəzi media orqanlarında "müasirləşmə", "Finlandiya və Yaponiya modeli", həmçinin "dövlət vəsaitinə qənaət" şüarları ilə əsaslandırılmağa çalışılır. Bizə XXI əsrin rəqəmsal mədəniyyətindən, şəffaflıqdan və idarəetmədə qanunun aliliyinden bəhs edirlər. Lakin reallıq həm də fərqli mənzərələri ortaya çıxarır. Nazirliyin bir tərəfdə "yüksək standartlar" adı altında apardığı islahat prosesi, digər tərəfdə tabeçiliyində olan bəzi müəssisələrdə qeydə alınan konkret qanunsuzluq faktları ilə kəskin təzad təşkil edir. Bunun ən bariz nümunəsi isə aylardır medianın gündəmindən düşməyən Qaradağ rayonu, Qızıldaş qəsəbə Mədəniyyət Mərkəzində aşkar olunmuş qanunsuz uşaq bağçası faktıdır.
Maaşı 300 manat olan kitabxanaçıya qənaət, qanunsuz gəlir dövriyyəsinə şərait? 
Mədəniyyət Nazirliyi yüzlərlə ixtisaslı kitabxanaçını "ali təhsili yoxdur" və ya "müasir tələblərə cavab vermir" deyə işdən çıxararkən büdcə səmərəliliyini əldə rəhbər tutur. Amma eyni nazirlik aylardır Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birbaşa tabeliyində olan Qızıldaş Mədəniyyət Mərkəzinin binasında fəaliyyət göstərən qanunsuz uşaq bağçası məsələsinə adekvat reaksiya vermir.
Hesablama Palatasının rəsmi araşdırmaları və yoxlamaları ilə mərkəzdə qeyri-qanuni fəaliyyətin mövcudluğu, dövlət əmlakından şəxsi və nəzarətsiz qazanc məqsədilə istifadə edildiyi artıq təsdiqlənib . Ortaya çox sadə və sarsıdıcı bir sual çıxır: Nazirlik dövlət büdcəsinə yük olmasın deyə bakıdakı və rayonlardakı sıravi, aztəminatlı kitabxanaçıların iş yerlərini ixtisar edir, bəs mədəniyyət ocağında qanunsuz kurs və "bağça" adı altında yığılan aylıq 100 manatlıq qeyri-qanuni ödənişlərin, şəffaf olmayan bu dövriyyənin hesabı niyə ciddi şəkildə sorulmur? Niyə sıravi işçiyə qarşı tətbiq edilən "sərt qanunlar", dövlət əmlakından səmərəsiz istifadə edənlərə gəldikdə unudulur?шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
5 08 2026
5 08 2026
5 08 2026
5 08 2026
5 08 2026
5 08 2026
5 08 2026
4 08 2026
4 08 2026
4 08 2026
4 08 2026
4 08 2026
4 08 2026
4 08 2026
4 08 2026
4 08 2026
4 08 2026
4 08 2026
4 08 2026
4 08 2026
4 08 2026
4 08 2026
3 08 2026
3 08 2026
3 08 2026
3 08 2026
3 08 2026
3 08 2026
3 08 2026
3 08 2026