Karusel (Bu gün, 10:43)
İcra məmurunun “çay fərmanı”: Ya desert, ya “paşol”…
Nərimanov rayonunun mərkəzində – Nərimanov metrostansiyasının düz böyründəki parkın içində illərdir lövbər salan “Mood Bahce” restoranı belə görünür ki, özünü ölkə qanunlarından tamamilə təcrid olunmuş müstəqil bir “feodal knyazlığı” elan edib.Faktum.az-a daxil olan məlumatlara və aparılan müşahidələrə əsasən, bu ictimai iaşə obyektinə daxil olub insancasına sadəcə çay içmək istəyən vətəndaşa piştaxta arxasından absurd bir cavab verilir: “Bizdə sadə çay vermək qadağandır!”
Sən demə, “Mood Bahce”nin möhtəşəm ab-havasından bəhrələnib bir stəkan çay içmək üçün mütləq cibinizi soyub, yanına desert və ya bol yağlı yemək sifariş etməlisiniz.
Sadə çay içmək bəyəm cinayətdir, yoxsa bu restoranın “yüksək stili”nə ləkə gətirir?
Müştərinin cibinə bu cür açıq-aşkar girmək, onu istəmədiyi xidmətə və əlavə xərcə məcburlamaq hansı xidmət etikasına, hansı biznes əxlaqına sığışır?
İddialara görə, obyekt rəhbərliyinin bu cür “özünəgüvənli” davranmasının və qanunları saya salmamasının arxasında çox “ciddi” bir səbəb dayanır.
Redaksiyamıza daxil olan məlumatlarda bildirilir ki, “Mood Bahce” restoranı paytaxt rayonlarından birinin İcra Hakimiyyətində çalışan yüksək vəzifəli şəxsə məxsusdur. Hələlik həmin vəzifəli şəxsin adını və tutduğu postu açıqlamırıq. Lakin görünür, məhz bu məmur “himayədarlığı” restoran rəhbərliyində elə bir arxayınlıq yaradıb ki, dövlətin parkında oturub vətəndaşa öz uydurma “fərmanlarını” diktə edirlər.
Bir sözlə: burda məmur söykənəcək var deyə qanunlar tanınmır.
Hüquqi baxımdan məsələyə yanaşdıqda isə bu “daxili qayda” uydurması sabun köpüyü kimi dağılır. Azərbaycan Respublikasının “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanununun 13-cü maddəsi açıq və birmənalı şəkildə bildirir:
Satıcıya (icraçıya) satılan malların (görülən işlərin, göstərilən xidmətlərin) çeşidini və miqdarını məhdudlaşdırmaq, habelə bir malın (xidmətin) alınmasını digər malın (xidmətin) məcburi alınması ilə şərtləndirmək qadağandır!
İctimai məkan olan parkın ortasında fəaliyyət göstərən bir obyektin özbaşına şərtlər kəsib çay satışını desertə “calaması” birbaşa haqsız ticarət təcrübəsidir və İnzibati Xətalar Məcəlləsinə əsasən hüquqi məsuliyyət yaradır.
Obyekt rəhbərliyi və onun arxasında duran məmur bəylər anlamalıdırlar ki, onların heç bir şifahi fərmanı və ya “daxili qaydası” Azərbaycan Respublikasının qanunlarından üstün ola bilməz.
Ortada böyük bir qanunsuzluq və vətəndaşların sərbəst seçim hüququnun pozulması faktı var.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tətbiq edilən bu məcburi satış faktı üzrə adekvat addımlar atmalı, Nərimanov Rayon İcra Hakimiyyəti park ərazisində vətəndaşlara qarşı belə özbaşına qaydalar tətbiq edilməsinə göz yummamalı, Dövlət Vergi Xidməti isə dövriyyənin süni şəkildə artırılması ehtimallarını araşdırmalıdır. Müvafiq dövlət strukturlarının bu “çay qadağası” bəhanəsi ilə həyata keçirilən haqsızlığa reaksiya verməsi və özbaşına sahibkarlara qanun çərçivəsini xatırlatması vacibdir.
Maraqlıdır: Görəsən Qida Təhlekəsizliyi Agentliyi (AQTA) necə, insanlara zorla sırınan bu xörək və şirniyyatların tərkibini, hazırlanma şəraitini dərindən araşdırıbmı?
Bu barədə növbəti yazıda.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
3 08 2026
3 08 2026
3 08 2026
3 08 2026
3 08 2026
3 08 2026
3 08 2026
3 08 2026
3 08 2026
3 08 2026
2 08 2026
2 08 2026
2 08 2026
2 08 2026
2 08 2026
2 08 2026
2 08 2026
2 08 2026
2 08 2026
2 08 2026
2 08 2026
1 08 2026
1 08 2026
1 08 2026
1 08 2026
1 08 2026
1 08 2026
1 08 2026
1 08 2026
1 08 2026




















