Dünya (Bu gün, 09:54)
5 ildir təkadamlıq kameradadır - Gileyləndi
Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili sosial şəbəkə hesabında saxlanılma şəraitindən gileylənərək, ona qarşı qeyri-insani rəftar olunduğunu bildirib.“Qafqazinfo” xəbər verir ki, eks-prezident balaca, havalandırılmayan və antisanitar şəraiti olan kamerada saxlanıldığını iddia edib.
Saakaşvili digər siyasi məhbusların da bənzər vəziyyətdə olduğunu vurğulayaraq, oktyabrın 1-də həbs olunmasının 5 ilinin tamam olacağını xatırladıb:
“Nəzarət altında bu qədər uzun müddət təkadamlıq kamerada saxlanılmaq beynəlxalq normalara görə işgəncə və qeyri-insani rəftar hesab olunur”.
Məlumat üçün bildirək ki, bir qədər əvvəl Gürcüstanın Baş naziri İrakli Kobaxidze Saakaşvilinin “sağlam düşüncədən tamamilə uzaqlaşdığını” bəyan etmişdi.
Xatırladaq ki, 2004–2013-cü illərdə Gürcüstana rəhbərlik edən Saakaşvili 2021-ci ilin oktyabrında gizli şəkildə ölkəyə qayıtdıqdan dərhal sonra həbs olunub. Qiyabi olaraq korrupsiya və vəzifə səlahiyyətlərini aşma maddələri ilə ümumilikdə 12 il azadlıqdan məhrum edilən eks-prezident həbsxanada dəfələrlə aclıq aksiyası keçirib və səhhətinin pisləşdiyini əsas gətirərək azadlığa buraxılmasını tələb edib.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
5 08 2026
5 08 2026
5 08 2026
5 08 2026
5 08 2026
5 08 2026
5 08 2026
4 08 2026
4 08 2026
4 08 2026
4 08 2026
4 08 2026
4 08 2026
4 08 2026
4 08 2026
4 08 2026
4 08 2026
4 08 2026
4 08 2026
4 08 2026
4 08 2026
4 08 2026
3 08 2026
3 08 2026
3 08 2026
3 08 2026
3 08 2026
3 08 2026
3 08 2026
3 08 2026





















