Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Redaktor seçimi (23-07-2026, 21:15)
Hakim Elnur Nuriyevin dosyesi niyə sual doğurur?

 

"Arzum" ləqəbli tiktoker İlduzə Hacıyevanın həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin qərarı ictimai müzakirələrə səbəb olub. Lakin qərardan sonra bu işə sədrlik edən hakim Elnur Nuriyevin bioqrafiyasında yer alan bəzi məlumatlar da diqqət mərkəzinə düşüb.Mediatvaz.com xəbər verir ki, hakimin dosyesində qeyd olunur ki, Elnur Nuriyev 1998-ci ildə Azərbaycan Beynəlxalq Universitetinin Hüquq fakültəsini bitirib. Bununla bağlı ortaya maraqlı sual çıxır. Rəsmi məlumatlara görə, Azərbaycan Beynəlxalq Universiteti 1997-ci ildə fəaliyyətə başlayıb.Cəmi bir il sonra – 1998-ci ildə həmin universitetin hüquq fakültəsinin məzunu kimi göstərilməsi izaha ehtiyac yaradır. Bu məlumatın rəsmi sənədlərlə aydınlaşdırılması vacibdir. Dosyedə daha bir diqqətçəkən məqam göstərilir. Elnur Nuriyevin 1996–2006-cı illərdə "Sunrise" şirkətində hüquqşünas kimi çalışdığı qeyd olunur. Əgər o, ali hüquq təhsilini sonradan alıbsa, 1996-cı ildə hüquqşünas vəzifəsində hansı hüquqi əsaslarla işləməsi barədə də suallar yaranır. Həmin dövrdə bu vəzifə üçün hansı ixtisas tələblərinin mövcud olduğu da açıqlanmalıdır.

Hakimin bioqrafiyasında hərbi xidmətlə bağlı da heç bir məlumatın yer almaması diqqət çəkir. Hərbi xidməti keçib-keçmədiyi, yaxud qanunvericiliyə uyğun əsaslarla möhlət və ya azadolma alıb-almadığı barədə rəsmi məlumatın olmaması şəffaflıq baxımından suallar doğurur.

Dosyedə həmçinin qeyd edilir ki, Elnur Nuriyev 2005-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini də bitirib. Məlum olduğu kimi, həmin dövrdə ikinci ali təhsilə qəbul qüvvədə olan qanunvericiliyə uyğun olaraq müsabiqə qaydasında həyata keçirilirdi.Əgər həqiqətən də,Elnur Nuriyev Bakı Dövlət Universitetinə müsabiqə qaydasında qəbul olubsa, deməli Dövlət İmtahan Mərkəzindən keçməyib.Hakimlər cəmiyyət adından ədalət mühakiməsini həyata keçirirlər. Buna görə də onların bioqrafiyasında yer alan məlumatlar tam, dəqiq və ictimaiyyət üçün aydın olmalıdır. Rəsmi dosyedə yaranan hər hansı ziddiyyət və ya anlaşılmazlıq aradan qaldırılmadıqca, bu cür sualların meydana çıxması qaçılmazdır.

Qarşı tərəfin cavab haqqını tanıyırıq..

Mediatvaz.com
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
14 08 2026
14 08 2026
14 08 2026
14 08 2026
14 08 2026
14 08 2026
14 08 2026
14 08 2026
14 08 2026
14 08 2026
14 08 2026
14 08 2026
14 08 2026
14 08 2026
14 08 2026
14 08 2026
14 08 2026
14 08 2026
13 08 2026
13 08 2026
13 08 2026
13 08 2026
13 08 2026
13 08 2026
13 08 2026
13 08 2026
13 08 2026
13 08 2026
13 08 2026
13 08 2026