Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Redaktor seçimi (25-07-2026, 22:44)
Xətaidə park işğalı : "Lion Pub"a bu cəsarəti verən kimdir?-VİDEO

 

Xətai rayonu, Xudu Məmmədov küçəsində yerləşən "Lion Pub" restoranı ilə bağlı redaksiyamıza daxil olan məlumatlar ciddi narahatlıq doğurur. Təqdim olunan foto və videogörüntülərə əsasən deyə bilərik ki, restorana bitişik olan park ərazisi zəbt olunaraq artırma işləri aparılır. Söhbət artıq təkcə qanunsuz tikintidən deyil, ictimai istifadədə olan park sahəsinin zəbt edilməsindən gedir.Ən ciddi sual isə budur: Bu işlər hansı hüquqi əsaslarla həyata keçirilir?

Video:  https://youtube.com/shorts/_0JzBvZoHPc?si=IFOXhz1OmK4NJ5bV

Mediatvaz.com xəbər verir ki, belə genişmiqyaslı artırma işlərinin Xətai Rayon İcra Hakimiyyətinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Əmlak Məsələləri Dövlət Xidmətinin və parklara cavabdeh digər qurumların diqqətindən kənarda qalması inandırıcı görünmür. Əgər müvafiq icazələr mövcuddursa, onlar ictimaiyyətə təqdim edilməlidir. Əks halda isə qanunvericiliyin tələblərinin pozulduğu iddiaları araşdırılmalı və hüquqi qiymət verilməlidir.Sakinlər haqlı olaraq soruşurlar: Parklar insanların istirahəti üçün yaradılıb, yoxsa mərhələlərlə kommersiya obyektlərinə qatılması üçün? Yaşıl ərazilərin hər qarışı şəxsi maraqlar naminə zəbt edilirsə, sabah vətəndaşların istifadə edəcəyi ictimai məkanlardan nə qalacaq?Redaksiyamıza daxil olan məlumatlarda bildirilir ki, rayonda iri həcmli tikinti və ya artırma işlərinin aidiyyəti qurumların məlumatı olmadan həyata keçirilməsi mümkün deyil.Məhz buna görə də Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyevin, eləcə də digər aidiyyəti dövlət qurumlarının məsələ ilə bağlı ictimaiyyətə aydın və əsaslandırılmış izahat verməsi zəruridir.Burada cavab gözləyən suallar çoxdur:"Lion Pub" restoranının park ərazisində aparılan artırma işlərinə hansı dövlət qurumu icazə verib?
Park sahəsinin təyinatının dəyişdirilməsi və ya istifadəsi ilə bağlı qanuni sənədlər varmı?
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Əmlak Məsələləri Dövlət Xidməti və digər nəzarət qurumları bu əraziyə baxış keçiriblərmi?

Qanun hər kəs üçün eyni olmalıdır. Əgər adi vətəndaş öz həyətində kiçik bir artırma üçün müxtəlif dövlət qurumlarından icazə almağa məcburdursa, ictimai park ərazisində aparılan tikinti işlərinə də eyni hüquqi yanaşma tətbiq edilməlidir.

Mediatvaz.com olaraq, Xətai Rayon İcra Hakimiyyətinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Əmlak Məsələləri Dövlət Xidmətinin və digər aidiyyəti qurumların rəsmi mövqeyini dərc etməyə hazırıq.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
14 08 2026
14 08 2026
14 08 2026
14 08 2026
14 08 2026
14 08 2026
14 08 2026
14 08 2026
14 08 2026
14 08 2026
14 08 2026
14 08 2026
14 08 2026
14 08 2026
14 08 2026
14 08 2026
14 08 2026
14 08 2026
13 08 2026
13 08 2026
13 08 2026
13 08 2026
13 08 2026
13 08 2026
13 08 2026
13 08 2026
13 08 2026
13 08 2026
13 08 2026
13 08 2026