Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (Bu gün, 19:51)
Müdafiə Nazirliyinə 4 milyonluq mebel satacaq ŞİRKƏT MƏLUM OLDU

Müdafiə Nazirliyi (VÖEN: 1300162621) Azərbaycan Ordusunun hərbi hissələri üçün müxtəlif tipli mebellərin quraşdırılması ilə birlikdə satın alınması ilə bağlı tenderin nəticəsini açıqlayıb.

"DİA-AZ" xəbər verir ki, tenderin qalibi “M-Kontakt” MMC (VÖEN: 1400263291) olub. Tərəflər arasında 3 milyon 890 min manatlıq satınalma müqaviləsi imzalanıb.

Qeyd edək ki, “M-Kontakt” MMC 2003-cü ildə yaradılıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi Bayramalıyev Mübariz Qəşəm oğludur. Şirkət Bakı şəhəri, Xətai rayonu, İlqar Həbibov ev.50C ünvanında yerləşir.

Məlumat üçün bildirək ki, şirkət bundan əvvəl də Nazirliyin tenderlərinin qalibi olub. Belə ki, Nazirliklə şirkət arasında bu ilin fevral ayında müxtəlif tipli mebellərin quraşdırılması ilə birlikdə satın alınması ilə bağlı 128 min manatlıq, ötən ilin may ayında Azərbaycan Ordusunun hərbi hissələri üçün müxtəlif tipli mebellərin quraşdırılması ilə birlikdə satın alınması ilə bağlı 1 milyon 70 min manatlıq, ötən ilin fevral ayında Müdafiə Nazirliyi üçün müxtəlif növ mebellərin və invertarların satın alınması ilə bağlı 192 min manatlıq satınalma müqaviləsi imzalanıb.

Nazirliklə şirkət arasında imzalanmış müqavilələrin ümumi dəyəri 5 milyon 280 min manat təşkil edib.


шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
3 08 2026
3 08 2026
3 08 2026
3 08 2026
3 08 2026
3 08 2026
3 08 2026
3 08 2026
3 08 2026
3 08 2026
3 08 2026
3 08 2026
3 08 2026
3 08 2026
3 08 2026
3 08 2026
3 08 2026
3 08 2026
3 08 2026
2 08 2026
2 08 2026
2 08 2026
2 08 2026
2 08 2026
2 08 2026
2 08 2026
2 08 2026
2 08 2026
1 08 2026
1 08 2026