Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (19-01-2017, 21:24)
Türkiyədə iri yanacaqdoldurma şəbəkəsinə azərbaycanlılar sahib çıxdı

Türkiyənin Özəlləşdirmə Şurası "Türkiye Petrolleri Petrol Dağıtım AS" şirkətinin yanacaqdoldurma şəbəkəsinin 100 faizlik özəlləşdirilməsinə icazə verib.

Mediatv.az:  Trend bildirir ki, yanacaqdoldurma şəbəkəsinin yeni sahibi ötən il oktyabrın 20-də keçirilmiş tenderdə ən yüksək məbləğ - 490 milyon lirə təklif edən "Zülfikarlar Holding AS" şirkəti olacaq.

Qeyd edək ki, "Türkiye Petrolleri" (TP) avtomobil yanacaqdoldurma şəbəkəsi 1963-cü ildə Тürkiyə Neft-Qaz Korporasiyası (TPAO) tərəfindən yaradılıb. TP təqribən 400 yanacaqdoldurma stansiyasına malikdir.

"Zülfikarlar Holding" isə 1942-ci ildə İstanbulda azərbaycanlı mühacir ailəsi Zülfüqarlar tərəfindən yaradılıb. Holdinq, əsasən, kimyəvi məhsulların istehsalı ilə məşğul olur, 1994-cü ildən isə "Turkuaz Petrol Ürünleri A.Ş." adı altında energetika sektorunda fəaliyyət göstərir.

Holdinqə, həmçinin "Akdeniz Faktoring Hizmetleri A.Ş.", "Trend Lojistik A.Ş." kimi iri şirkətlər daxildir.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
7 08 2026
7 08 2026
7 08 2026
7 08 2026
7 08 2026
7 08 2026
7 08 2026
7 08 2026
7 08 2026
7 08 2026
7 08 2026
7 08 2026
6 08 2026
6 08 2026
6 08 2026
6 08 2026
6 08 2026
6 08 2026
6 08 2026
6 08 2026
6 08 2026
6 08 2026
6 08 2026
6 08 2026
6 08 2026
6 08 2026
6 08 2026
6 08 2026
6 08 2026
6 08 2026