Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (18-12-2016, 13:15)
44 gəmi, 6 helikopter, 700 xilasedici itən neftçiləri axtarır

 

 

“Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 dekabr tarixli Sərəncamına əsasən yaradılmış Qərargah tərəfindən Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mütəxəssislərinin iştirakı ilə axtarış-xilasetmə əməliyyatlarının planı təsdiq olunub, eləcə də axtarış-xilasetmə sektorları müəyyən edilib. Plana uyğun olaraq tədbirlərin həyata keçirilməsi təmin edilməkdədir.

Mediatv.az-a Qərargahdan verilən məlumata görə, hazırda plan üzrə Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, SOCAR və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə məxsus ümumilikdə 44 gəmi və üzən vasitə, 6 helikopter, habelə 700-dən artıq canlı qüvvə cəlb olunmaqla intensiv axtarış-xilasetmə işləri davam etdirilir.

Eyni zamanda, sahilboyu ərazilərdə Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidmətinin canlı qüvvələri tərəfindən axtarış tədbirləri həyata keçirilir.

Bundan əlavə, Qərargah tərəfindən axtarış-xilasetmə sektorlarının əhatə etdiyi ərazilər üzrə rayon icra hakimiyyətləri də müvafiq qaydada təlimatlandırılıb.

Qərargah tərəfindən həyata keçirilən tədbirlər barədə ictimaiyyət mütəmadi olaraq məlumatlandırılacaq.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
7 08 2026
7 08 2026
7 08 2026
7 08 2026
7 08 2026
7 08 2026
7 08 2026
7 08 2026
7 08 2026
7 08 2026
7 08 2026
7 08 2026
7 08 2026
7 08 2026
7 08 2026
7 08 2026
7 08 2026
7 08 2026
7 08 2026
7 08 2026
6 08 2026
6 08 2026
6 08 2026
6 08 2026
6 08 2026
6 08 2026
6 08 2026
6 08 2026
6 08 2026
6 08 2026