Sosial / Redaktor seçimi (18-08-2026, 23:31)
Şəhid ailəsinin evi təhlükə saçır: Həsənrizdə tikinti qüsurlarına kim cavab verəcək?
Ağdərə rayonunun Həsənriz kəndində yaşayan şəhid ailəsi evdəki ciddi tikinti qüsurlarının aradan qaldırılmamasından narazıdır. Ailənin iddiasına görə, dam və çardaq hissəsində yaranmış problem artıq sadəcə təmir məsələsi deyil, azyaşlı uşaqların həyat və sağlamlığı üçün təhlükə mənbəyinə çevrilib.Kəlbəcər rayonundan olan məcburi köçkün Gülgəz Məmmədova Mediatvaz.com-un redaksiyasına müraciət edərək yaşadığı evdə uzun müddətdir həllini tapmayan problemlərlə bağlı narazılığını bildirib. Məmmədovanın sözlərinə görə, ailə Ağdərə rayonunun Həsənriz kəndində 15-81 nömrəli evdə məskunlaşıb. Lakin evə köçdükləri ilk gündən mənzildə müxtəlif tikinti qüsurları və yarımçıq işlər müşahidə olunub.
Ailənin iddiasına əsasən, evin təmiri ilə bağlı tenderin qalibi olan AEF şirkətinə, Real MMC-yə, həmçinin tikinti şirkətinin nümayəndələri Emin və Elxan müəllimlərə dəfələrlə müraciət edilib. Buna baxmayaraq, problemlərin tam aradan qaldırılmadığı, evə lazımi qaydada baxış keçirilmədiyi bildirilir.
Yarımçıq işlər, uçan lambrin və istifadə olunmayan materiallar
Gülgəz Məmmədovanın sözlərinə görə, evdə bir sıra işlər yarımçıq saxlanılıb. Onun bildirdiyinə əsasən, verilmiş tikinti materiallarının hamısından istifadə olunmayıb, evin lambrisi uçub və digər tikinti qüsurları da mövcuddur.Ortaya kifayət qədər ciddi suallar çıxır: görülən işlərin keyfiyyətinə kim nəzarət edib? Ev hansı vəziyyətdə təhvil verilib? Aşkar qüsurlar niyə aradan qaldırılmayıb? Şəhid ailəsinin müraciətlərindən sonra niyə məsələyə vaxtında müdaxilə edilməyib?Ailənin narahatlığını artıran ən ciddi məsələ isə evin arxa hissəsinə bitişik çardağın vəziyyətidir.
Məmmədovanın sözlərinə görə, çardağın şifer və milləri qırıqdır, dayaqları yararsız vəziyyətdədir. Yağış və qar yağarkən su evə keçir, nəticədə mənzildə nəmişlik yaranır.Daha təhlükəlisi isə çardağın çökmə ehtimalının olmasıdır.Bu, artıq estetik və ya adi məişət problemi deyil. Əgər konstruksiyanın həqiqətən çökmə riski varsa, burada söhbət birbaşa insanların təhlükəsizliyindən gedir. Üstəlik, həmin evdə azyaşlı uşaqlar yaşayır.
Şəhid ailəsi niyə bu vəziyyətdə qalmalıdır?
Məmmədova bildirir ki, onun həyat yoldaşı Məmmədov Oqtay Surxayoğlu 1992-ci ildə Birinci Qarabağ müharibəsində qəhrəmancasına şəhid olub.Şəhidin bir övladı, həmin övladın isə üç azyaşlı uşağı var. Hazırda ailədə 6 nəfər yaşayır.Belə bir ailənin yaşadığı evdə dam və çardaq hissələrinin təhlükəli vəziyyətdə olması xüsusilə ciddi məsələdir. Uşaqların başı üzərində çökmə təhlükəsi olduğu iddia edilən konstruksiyanın saxlanılması hansı məntiqlə izah oluna bilər?Şəhid ailəsinin müraciətinin həlli üçün mütləq hansısa bədbəxt hadisənin baş verməsi gözlənilməlidir?“Təmir ediləcək” deməklə məsələ həll olunmur.Şəhid ailəsi konkret olaraq problem göstərir, təhlükədən danışır və evə baxış keçirilməsini tələb edir. Bu halda ən azı yerində texniki baxış keçirilməli, dam və çardaq konstruksiyalarının vəziyyəti mütəxəssislər tərəfindən qiymətləndirilməli və təhlükə təsdiqlənərsə, təxirəsalınmaz tədbir görülməlidir.Əks halda sabah baş verə biləcək hər hansı hadisədən sonra “xəbərimiz yox idi” demək heç kimi məsuliyyətdən azad etməyəcək.Mediatvaz.com olaraq AEF şirkətinin, Real MMC-nin, adıçəkilən nümayəndələrin və digər aidiyyəti qurumların mövqeyini dərc etməyə hazırıq.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 08 2026
24 08 2026
24 08 2026
24 08 2026
24 08 2026
23 08 2026
23 08 2026
23 08 2026
23 08 2026
23 08 2026
23 08 2026
23 08 2026
22 08 2026
22 08 2026
22 08 2026
22 08 2026
22 08 2026
22 08 2026
22 08 2026
22 08 2026
22 08 2026
22 08 2026
22 08 2026
22 08 2026
22 08 2026
21 08 2026
21 08 2026
21 08 2026
21 08 2026
21 08 2026






















