Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (22-08-2026, 23:28)
SAKİNLƏR NARAZI, Yaşıllıq məhv olur: BƏS NƏZARƏT?-VİDEO

 

Bakının Nəsimi rayonunda, Novruzov qardaşları küçəsində hündürmərtəbəli yaşayış binasının cəmi bir neçə metrliyində aparıldığı bildirilən svay işləri ilə bağlı sakinlərin narazılığı artır. Vətəndaşların təqdim etdiyi video görüntülərdə ağır texnikanın fəaliyyəti, yaşıllıq sahəsində aparılan işlər və ərazidə çalışan bəzi şəxslərin xüsusi geyim formasında olmaması ilə bağlı görüntülər əks olunur.

Video burada:  https://youtube.com/shorts/UaLZYnJ1iA8?si=8rtejBrww4S6nQg7

Sual sadədir: Bu işlərə kim icazə verib və kim nəzarət edir?

Daha vacib sual isə budur: Nəsimi Rayon İcra Hakimiyyəti, şəhərsalma üzrə aidiyyəti dövlət qurumları və Fövqəladə Hallar Nazirliyinin müvafiq strukturları bu vəziyyətdən xəbərdardırmı?Əgər xəbərdarlarsa, niyə ərazidə araşdırma aparılmır? Xəbərsizdirlərsə, onda dövlət nəzarəti mexanizmi harada işləyir? Sakinlərin verdiyi məlumata  görə, svay işləri hündürmərtəbəli yaşayış binasına təxminən 5 metr məsafədə aparılır. Belə bir vəziyyətdə ən azı tikinti layihəsinin, geoloji əsaslandırmanın, təhlükəsizlik tədbirlərinin və müvafiq icazələrin olub-olmaması ictimaiyyət üçün açıq şəkildə izah edilməlidir. Çünki söhbət sadəcə “tikinti gedir” məsələsindən getmir. Söhbət insanların yaşadığı binanın yaxınlığında ağır texnikanın işləməsindən, vibrasiya və digər mümkün risklərdən gedir.Azərbaycan qanunvericiliyində tikinti zamanı təhlükəsizlik məsələləri ayrıca tənzimlənir. Cinayət Məcəlləsinin 222-ci maddəsi tikinti və digər işlərin aparılması zamanı təhlükəsizlik qaydalarının pozulması insanların həyatı və sağlamlığı üçün real təhlükə yaratdığı halları ayrıca nəzərdə tutur. Deməli, dövlət qurumlarının üzərinə düşən vəzifə sadəcə hadisə baş verəndən sonra reaksiya vermək deyil. Risk varsa, onun qarşısını əvvəlcədən almaqdır.Ağaclar və yaşıllıq tikintinin “qurbanı” ola bilməz.Vətəndaşların yaydığı görüntülərdə ərazidə ağac və yaşıllıqların tikinti işlərinin təsirinə məruz qalması ilə bağlı iddialar görünür. Əgər ağacların zədələnməsi və ya məhv edilməsi baş veribsə, bunun hansı hüquqi əsasla həyata keçirildiyi dərhal açıqlanmalıdır. İnzibati Xətalar Məcəlləsinin 253-cü maddəsi ağacların və kolların qanunsuz kəsilməsi, zədələnməsi və məhv edilməsinə görə məsuliyyət müəyyən edir. Şəhərlərdə tikinti və abadlaşdırma işləri zamanı yaşıllıqların məhv edilməsi ilə bağlı ayrıca məsuliyyət də nəzərdə tutulub. Daha da diqqətçəkən məqam budur ki, qanunvericilik yaşıllıqların məhv edilməsinin və ya yaşıllıq ərazilərində qanuna zidd hərəkətlərin qarşısının alınmamasına görə də məsuliyyət məsələsini nəzərdə tutur.
Əgər bu ərazidə yaşıllıq məhv edilirsə, bunu kim görməlidir,kim icazə verib,kim yoxlamalıdır,kim dayandırmalıdır? “İcazə var” deməklə məsələ bitmir. Tikinti sahəsində hər bir işin “icazəsi var” ifadəsi ilə izah edilməsi yetərli deyil. İcazənin hansı işə, hansı layihəyə, hansı əraziyə və hansı şərtlərlə verildiyi də araşdırılmalıdır.

FHN-in adı burada niyə çəkilir?

Fövqəladə Hallar Nazirliyinin tikinti sahəsində nəzarət və icazə istiqamətində səlahiyyətləri mövcuddur; nazirliyin rəsmi resursunda tikinti layihələrinin ekspertizası və tikinti obyektlərinə dair müxtəlif nəzarət xidmətləri göstərilir. Bu səbəbdən sakinlərin təhlükəsizliklə bağlı narahatlığı varsa, aidiyyəti qurumların əraziyə baxış keçirib nəticəni açıqlaması tamamilə normal və qanuni tələbdir. İnsanlar evlərində rahat yaşamaq istəyirlər. Onlar tikintiyə qarşı olmaya bilərlər. Amma tikinti naminə insanların təhlükəsizliyi, rahatlığı və şəhərin yaşıllığı qurban verilə bilməz. Çünki tikinti meydançası küçə deyil. Burada təhlükəsizlik qaydaları formal məsələ sayıla bilməz.(Mediatvaz.com)
    
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 08 2026
23 08 2026
23 08 2026
23 08 2026
23 08 2026
23 08 2026
23 08 2026
22 08 2026
22 08 2026
22 08 2026
22 08 2026
22 08 2026
22 08 2026
22 08 2026
22 08 2026
22 08 2026
22 08 2026
22 08 2026
22 08 2026
22 08 2026
21 08 2026
21 08 2026
21 08 2026
21 08 2026
21 08 2026
21 08 2026
21 08 2026
21 08 2026
21 08 2026
21 08 2026