Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Problem / Karusel (13-08-2026, 16:30)
Sabiq deputatın dövlətə 1 milyondan çox borcu var - DETALLAR

 Keçmiş deputat İqbal Məmmədovun adı ilə əlaqələndirilən “Kaspi Yıldız” Azərbaycan-Türkiyə Müştərək Müəssisəsinin vergi borcu əhəmiyyətli dərəcədə azalıb.
Bakivaxti.az xəbər verir ki, hazırda şirkətin 1600019501 VÖEN üzrə vergi borcu 1 440 216,40 manat təşkil edir.
Mediada yayılan əvvəlki məlumatlarda “Kaspi Yıldız”ın vergi borcunun 2022-ci ildə 9 666 469,63 manat, 2023-cü ilin iyulunda isə 9 390 752,64 manat olduğu bildirilmişdi.
Hazırkı göstərici ilə müqayisədə şirkətin vergi borcu 2022-ci ildə açıqlanan məbləğdən 8 milyon 226 min 253,23 manat azdır. Beləliklə, həmin dövrdəki borcun təxminən 85 faizi qədər azalma baş verib.
“Kaspi Yıldız” uzun illər sabiq deputat İqbal Məmmədovun adı ilə əlaqələndirilib. Açıq mənbələrdə yayılan məlumatlara görə, 2022-ci ildə şirkətin Türkiyə vətəndaşı olan təsisçisi Rafet Ekmekçioğlunun 50 faizlik payını İqbal Məmmədova verməsindən sonra Məmmədovun şirkətdəki payı 100 faizə çatıb.
Şirkət yanğınsöndürmə balonları və avadanlıqları, yanğın təhlükəsizliyi sistemləri, siqnalizasiya və nəzarət sistemlərinin istehsalı, quraşdırılması və texniki xidməti sahəsində fəaliyyət göstərir.
Qeyd edək ki, vergi borcunun mövcudluğu özlüyündə vergidən yayınma və ya digər hüquqpozma faktı demək deyil.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 08 2026
23 08 2026
23 08 2026
23 08 2026
23 08 2026
23 08 2026
23 08 2026
22 08 2026
22 08 2026
22 08 2026
22 08 2026
22 08 2026
22 08 2026
22 08 2026
22 08 2026
22 08 2026
22 08 2026
22 08 2026
22 08 2026
22 08 2026
21 08 2026
21 08 2026
21 08 2026
21 08 2026
21 08 2026
21 08 2026
21 08 2026
21 08 2026
21 08 2026
21 08 2026