Müraciətdə daha sonra deyilir: "Zər kəndi böyük bir kənddir, böyük bir qəsəbədir. Burada ilkin olaraq ticarət mərkəzi dövlət tərəfindən tikilməlidir.
Zər Kənddə şəhid ailələri var, qazilər var. Market bir şəhid ailəsinə təhvil verilməlidir ki, həmin ailə oradan öz dolanışığını təmin etsin.
Məsələn, aptek digər bir imtiyazlı ailəyə, xırdavat mağazası isə başqa bir şəhid ailəsinə və ya qaziyə verilməlidir.
Amma Cavid Qurbanovla Bəşir Hacıyev bu boyda ticarət mərkəzini bir nəfərə sanki hədiyyə edirlər.
Halbuki həmin ticarət mərkəzində neçə-neçə imtiyazlı ailə və onların ailə üzvləri dolanışığını təmin edə bilər.
Nə üçün bu imkanlar bir nəfərin ixtiyarına verilməlidir? Bu obyektlər şəhid ailələrinə, qazilərə və digər imtiyazlı ailələrə bölüşdürülərək onların sosial vəziyyətinin yaxşılaşdırılmasına xidmət etməlidir..."






















