--- (28-07-2026, 09:30)
"Vip Milan" Hospitalda yeni qalmaqal: Plastik əməliyyatları kimlər aparır?
Bir müddət əvvəl Bakı şəhərinin Nərimanov rayonu ərazisində fəaliyyət göstərən "Vip Milan" Hospitalda aparılan uğursuz rinoplastika (burun estetik əməliyyatı) ilə bağlı elektron mediada material dərc edilmişdi.Həmin material Sadiq adlı pasiyentin müraciəti əsasında hazırlanmışdı. Pasiyent bildirirdi ki, ötən il "Vip Milan" Hospitalda qulaq-burun-boğaz (LOR) həkimi və estetik cərrah kimi fəaliyyət göstərən Rəşad Məmmədov tərəfindən burun əməliyyatı olunub, bunun üçün 3000 manat ödəniş edib. Onun iddiasına görə, əməliyyatdan sonra səhhətində ciddi fəsadlar yaranıb və nəticədən narazıdır.Bu günlərdə isə redaksiyamıza həmin tibb müəssisəsi ilə bağlı daha bir ciddi məlumat daxil olub.Daxil olmuş məlumatda iddia edilir ki, ixtisasca anestezioloq-reanimatoloq olan Şükran Kişiyev plastik cərrah kimi estetik əməliyyatlar həyata keçirir. Bu məlumatın doğruluğu aidiyyəti dövlət orqanları tərəfindən araşdırılmalıdır. Mediatvaz.com-un ilkin araşdırması zamanı diqqəti cəlb edən mühüm məqam ondan ibarətdir ki, Səhiyyə Nazirliyinin Xüsusi Təftiş Komissiyasının 17 aprel 2025-ci il tarixli qərarı ilə təsdiq edilərək ictimaiyyətə açıqlanan "Azərbaycan Respublikasının ərazisində plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən həkim-mütəxəssislərin Siyahısı"nda nə Rəşad Məmmədovun, nə də Şükran Kişiyevin adına rast gəlinmir.Əgər doğrudan da adı rəsmi siyahıda olmayan şəxslər plastik cərrahiyyə əməliyyatları aparırlarsa, bu fəaliyyət hansı hüquqi əsaslara söykənir?
Qanun nə deyir?
"Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikası Qanununun 49-cu maddəsinə əsasən, özəl tibbi fəaliyyət yalnız qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməlidir.Həmin Qanunun 49-1-ci maddəsində isə göstərilir ki, praktik tibb fəaliyyəti yalnız müvafiq tibb təhsilinə, ixtisasa və qanunvericilikdə nəzərdə tutulmuş sertifikasiya tələblərinə uyğun şəkildə həyata keçirilə bilər. 2025-ci ildə qanunvericiliyə edilmiş dəyişikliklərə əsasən, qüvvədə olan sertifikasiya şəhadətnaməsi olmayan şəxslərin praktik tibb fəaliyyətinə buraxılmasına yol verilmir.Bundan başqa, 2025-ci ildə İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi yeni redaksiyada qəbul olunaraq açıq şəkildə müəyyən edib ki: Sertifikasiya şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan şəxsin praktik tibb fəaliyyəti ilə məşğul olması,tibb işçisinin öz ixtisasına uyğun olmayan tibbi xidmət göstərməsi,lisenziyada nəzərdə tutulmayan tibbi xidmətlərin göstərilməsi inzibati məsuliyyət yaradır. Eyni dəyişikliklə 215.5-ci maddə də əlavə olunub və tibb işçisinin peşə vəzifələrini vicdansız və ya laqeyd yerinə yetirməsi nəticəsində sağlamlığa zərər vurulduqda inzibati məsuliyyət nəzərdə tutulub.Əgər qanunsuz tibbi fəaliyyət nəticəsində şəxsin sağlamlığına ağır zərər vurulması və ya digər ağır nəticələr baş verərsə, konkret hadisənin hallarından asılı olaraq məsələ artıq Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulan cinayət-hüquqi məsuliyyət müstəvisində qiymətləndirilə bilər. Bu isə hüquq-mühafizə orqanlarının araşdırmalı olduğu məsələdir.
Cavab gözləyən suallar
Əgər redaksiyamıza daxil olan məlumatlar həqiqəti əks etdirirsə: "Vip Milan" Hospital rəhbərliyi hansı əsasla həmin şəxslərin plastik əməliyyat aparmasına şərait yaradıb?
Əməliyyatlar aparılarkən pasiyentlərə həkimlərin plastik cərrah kimi rəsmi səlahiyyətlərinin olub-olmaması barədə məlumat verilibmi?
Klinikanın daxili nəzarət sistemi necə işləyir? Daha mühüm sual isə dövlət nəzarəti ilə bağlıdır. Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi özəl klinikalarda planlı və ya plandankənar monitorinqlər aparırmı,əgər aparırsa, "Vip Milan" Hospital sonuncu dəfə nə vaxt yoxlanılıb,monitorinq zamanı hansı nöqsanlar aşkarlanıb, rəsmi siyahıda adı olmayan şəxslərin plastik cərrahiyyə əməliyyatları aparması barədə məlumatlar mövcuddursa, niyə həmin faktlar dərhal hüquq-mühafizə orqanlarına göndərilmir?Unutmaq olmaz ki, estetik əməliyyat adi kosmetoloji prosedur deyil. Bu, insan sağlamlığı və həyatı ilə birbaşa bağlı olan cərrahi müdaxilədir. Belə müdaxilələrin qanunvericiliyin tələblərinə uyğun olmayan şəxslər tərəfindən aparılması cəmiyyət üçün ciddi narahatlıq doğurur və hərtərəfli araşdırılmalıdır.Redaksiya qaldırılan məsələlərlə bağlı Səhiyyə Nazirliyinə, Analitik Ekspertiza Mərkəzinə və digər aidiyyəti dövlət qurumlarına rəsmi sorğular göndərəcək. Qeyd: Yazıda göstərilən hallar redaksiyaya daxil olmuş məlumatlar və iddialar əsasında hazırlanıb. "Vip Milan" Hospitalın, Rəşad Məmmədovun və Şükran Kişiyevin mövqeyini dərc etməyə hazırıq. Aidiyyəti dövlət orqanlarının araşdırmasının nəticələri və qarşı tərəfin cavabı təqdim olunacağı halda, onlar da olduğu kimi yayımlanacaq.
Mediatvaz.com
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
3 08 2026
3 08 2026
3 08 2026
3 08 2026
3 08 2026
3 08 2026
3 08 2026
3 08 2026
3 08 2026
3 08 2026
3 08 2026
3 08 2026
3 08 2026
3 08 2026
2 08 2026
2 08 2026
2 08 2026
2 08 2026
2 08 2026
2 08 2026
2 08 2026
2 08 2026
2 08 2026
1 08 2026
1 08 2026
1 08 2026
1 08 2026
1 08 2026
1 08 2026
1 08 2026





















